Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə vəsatətlə müraciət edərək vaxt istəyib.
Vəkillər bildiriblər ki, dəymiş ziyanın tam ödənilməsi üçün müvafiq işlər görülür.
Proses aprelin 28-nə təyin edilib.
Qeyd edək ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.