16:39
14°C
Bakı
Bakı sakininə qarşı quldurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də paytaxt sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - Nicat Kərimli və Tural Həmidov müəyyən olunaraq saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.