Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi
3652
01 Mar 2023 | 14:18

Talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyən qadın həbs edildi

Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib. 
 
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb. 
 
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. 
 
Xatırladaq ki, Nuridə Seyidovanın talassemiyadan əziyyət çəkən uşaqların əməliyyat edilməsinə dəstək adı ilə valideynlərin külli miqdarda vəsaitini mənimsədiyi haqqında redaksiyamıza şikayətlər daxil olmuşdu: valideynlərdən biri - Tural Nəsmiyev Oxu.Az-a müraciət etmişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər