SON DƏQİQƏ: Avropa İttifaqının Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırıldı
200
14:13, Bu gün

SON DƏQİQƏ: Avropa İttifaqının Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasına cavab olaraq, Aİ ölkələrinin səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, İran XİN nümayəndəsi İsmail Bəqayi bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
 

“Avropa İttifaqının Tehranda səfirlikləri olan bütün üzv ölkələrinin nümayəndələri XİN-ə çağırılıb və onlara İran İslam Respublikasının yazılı etirazı çatdırılıb”, - deyə İsmail Bəqayi bildirib.


Onun sözlərinə görə, İran Avropa İttifaqına qarşı bir sıra digər cavab tədbirlərini də nəzərdən keçirir və bu məsələ ilə bağlı yekun qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, yanvarın 29-da Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas üzv ölkələrin xarici işlər nazirlərinin SEPAH-ı terror təşkilatı kimi tanımaq istiqamətində qətiyyətli addım atdıqlarını açıqlayıb. İran isə öz növbəsində “Cavab tədbirləri” qanununun 7-ci maddəsini işə salaraq Avropa İttifaqına üzv dövlətlərinin silahlı qüvvələrini terror təşkilatları siyahısına salıb.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər