İki nəfərə qarşı 200 minə yaxın dələduzluq edən maklerə hökm oxundu
Kriminal
3175
10 Jan 2023 | 13:48

İki nəfərə qarşı 200 minə yaxın dələduzluq edən maklerə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vaqif Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Pravda.az xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, Vaqif Həsənov Sumqayıtda iki vətəndaşın etibarından istifadə edərək onların ümumilikdə 198 900 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
 
Belə ki, ev alqı-satqısı ilə məşğul olan təqsirləndirilən şəxs təmirsiz evləri alıb təmir etdirib satırmış. Vaqif həmin şəxslərdən də bu yolla pul alaraq qazanc əldə edəcəyi vədini verib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər