Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın ARTIB
862
22 Nov 2025 | 14:14

Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın ARTIB

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.
 

Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 4,6 dəfə çoxdur.


Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər