Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
2941
25 Dec 2022 | 19:04

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
 
1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı - 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
 
Qeyd edək ki, hadisə dekabrın 14-də baş verib.
 
Faktla bağlı araşdırma davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər