Tağı Əhmədovun təhlükəli "biznes"inin günahı hakim işləyən oğluna necə sıçradı..? - AQİBƏT
Kriminal
Oxunub: 13896
18 Sep 2021 | 10:16
Tağı Əhmədovun təhlükəli

Sələm verməyin qanunla qadağan edildiyi və bununla bağlı Cinayət Məcəlləsində ayrıca maddənin nəzərdə tutulduğunu xatırlatmaq kifayətdir. Biz məsələnin mənəvi-psixoloji tərəfinə diqqət yetirmək istəyirik. Heç kimə sirr deyil ki, hər il yüzlərlə ocaq məhz sələmçiliyə görə sönür, yüzlərlə ev yıxılır, ailələr dağılır, insanlar fəlakətlərə sürüklənir, tələf olurlar. Şəriətdə sələm verməyin Allah dərgahında necə böyük günah hesab edildiyi haqqında onlarla ibrətramiz nümunə də gətirmək olar. Bir sözlə, şəriətdə sələm vermək günahların ən böyüyü hesab olunur və sələm alanın, yəni yüksək faizə pul götürənin buna məcburiyyətdən, çarəsizlikdən getdiyini nəzərə alsaq faizlə pul alanın günahları nisbətən azdır. Çünki adam imkanı olsa sələmdən qismən az faizlə (bu gün Azərbaycan bankları da əslində sələmçiliklə məşğuldur və vətəndaşlara divan tutmaq yolu tutublar) gedib bankdan pul götürə bilər. Sələm verəninsə günahı ölçüyəgəlməzdir və bu yolun yolçularının öz canları, ailə üzvləri, mal-mülkləri ilə çox ağır bədəl ödədikləri haqqında yenə də yüzlərlə misal çəklmək olar. 

 

Bəs elə isə niyə insan oğlu qanunla qadağan və Allah qatında günahların ən böyüyü hesab olunan sələmçiliklə - faizə pul verməklə məşğul olur? Heç tərəddüd etmədən buna intəhasız tamahın səbəb olduğunu göstərmək olar. Yəni təbiətcə aza qane olmayan, qanunsuz yolla olsa belə daha çox qazanmaq istəyirlər və beləliklə daha çox insanı bədbəxt etməyə tələsirlər sanki, "Metro Tağı" kimi məmləkətdə tanınan Tağı Əhmədov kimi...

 

İndi Tağı Əhmədov da illər uzunu yığıb, topladığı milyonlarını daha da artırmaq üçün külli miqdarda sələm verməklə pul qazanmaq eşqinə düşməsinin ağır fəsadlarını yaşayır. Daha doğrusu, tamahı üzündən həm öz canına, həm oğlunun karyerasına, həm də 2 milyon manat puluna, bilmədiyimiz daha çox mal-mülkünə zərər vurmaqla çox ağır bədəl ödəyir. Bəri başdan sağlıq durumunun qənaətbəxş olmamasını və çox ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq Tağı Əhmədova şəfa diləyir və günahlarınlın bağışlanmasını Aləmlərin Rəbbindən diləyirik. Amma onun əməllərindən zərəçəkənlərin fəryadına da qulaq asmaq bir mənəvi borcdur və məhz sələm verərək bədbəxt etdikləri ailələrin üzləşdiyi haqsızlıqları oxucuların diqqətinə ərz etməklə başqa kəmfürsətlərə də görk olsun deyə vacib hesab edirik.  

 

Yuxarıda qeyd etdik ki, sələmçilər etdikləri günahın bədəlini təkcə canları və malları ilə deyil, bir çox hallarda ailə üzvlərini fəlakətə sürükləməklə ödəyirlər. Tutaq ki, 73 yaşlı Tağı Əhmədov ömrünü kef-damaqla keçirmiş, az qala yarım əsr vəzifədə olmaqla canına korluq verməyib, hətta vəzifəsindən sui-istifadə edərək yetənə yetib, yetməyənin də dalınca daş atıb, jurnalistlərə də köntöy söz deməkdən çəkinməyib. Amma onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi olan gənc oğlu Rauf Əhmədovun (1974-cü il təvəllüdlü) günahı nədir ki, indi heç nədən dilə-dişə düşüb, uğurlu karyerasına kölgə salacaq əməllər törətməyə məcbur olub? İndi oxuculara Tağı Əhmədovun həbsə atdırdığı zavallıların birinin övladının fəryadından bəzi məqamları təqdim edəcəyik və bu zaman bəlli olacaq ki, Rauf Əhmədov atasının təhlükəli "biznes"ini idarə etməklə necə həyatının səhvini edib. Yeri gəlmişkən, bu gün Əhmədovlar ailəsini on illərlə qoruyan fövqəlgüc  - Ramiz Mehdiyev faktoru xeyli zəifləmiş durumdadır. Yəni sabah Rauf Əhmədovun əməllərinin məhkəmə hakimliyi ilə bir araya sığıb-sığmadığı təftiş edildikdə başı özünə qarışan Ramiz Mehdiyevdən kömək istənilsə belə nəticə olmayacaq. 

 

Yeri gəlmişkən, mövzuya dəxli olamasa da Ramiz Mehdiyevdən söz düşəndə onun artıq imkanlarının xeyli məhdudlaşdığını və rayonlara icra başçıları təyin etdirə bilmədiyindən bəhs edilir. Onu nəzərə almaq lazımdır ki, "boz kardinal"ın əlaltıları təkcə mərkəzi və yerli icra strukturlkarına rəhbərlik etmir, bir çox hüquq mühafizə və məhkəmə orqanlarında da onun hələ də xeyli pərəstişkarı var. Sözgəlişi xatırlatdıq...

 

Sonda sələmə götürdüyü pulu qaytara bilmədiyinə görə 1 ilə yaxın həbsdə olan Səadət Xəlilovun oğlunun dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında jurnalistlərə söylədiklərindən bir hissəni oxuculara təqdim edirik. Qeyd edək ki, növbəti məhkəmə prosesi sentyabrın 24 - də saat 17.00-a təyin edilib:

 

"Atam mərmər biznesi üçün Tağı Əhmədovdan 2 milyon manata yaxın - konkret olaraq 1 milyon 800 min manat sələmə pul götürmüşdü, əvvəl işlər yaxşı gedirdi, sonra biznesdə axsama olanda faizləri vaxtlı-vaxtında ödəyə bilmədiyindən Tağı Əhmədov atamı təhdid etməyə başladı. Sonra işi elə düzüb qoşdular ki, həm atamın borclu olması məhkəmə qərarı ilə təsdiqləndi, buna baxmayaraq atama cinayət işi də açdılar. Artıq 1 ilə yaxındır atam içəridədir. İstintaq da aparılmayıb. Atamla birlikdə işləyənlərin ifadələrindən də məlum olur ki, pulun gerçək sahibi şikayətçi deyil, Tağı müəllimdir. Maksimum istintaqda da çalışıblar ki, Tağı Əhmədovun adı heç yerdə getməsin. Hətta anam istintaqa verdiyi ifadəsində Tağı Əhmədovun adını çəksə də müstəntiqlər onun adını siliblər. Elə bu epizod üzrə də prokurporluğa şikayət etmişik ki, istintaq düzgün aparılmayıb. Bizim ailə, qohum əqrəba çarəsiz qalıb bir qərara gəldik ki, şərə düşsək də vəziyyətdən çıxış yolu kimi borcun bir hissəsini ödəmək üçün evimizi, mülkümüzü təklif edək. Yəni istədik ki, bu işi sülh yolu ilə həll edək və atam həbsdən çıxandan sonra pulun qalan hissəsini hansısa yolla ödəyək. Bu günədək 300 min manatadək faiz ödəyib atam. Biz müstəntiqə dedik ki, biz borcun bir hissəsini ödəmək istəyirik, o əvvəlcə borc yiyəsinin Tağı Əhmədov olduğunu boynuna almırdı, amma sonra razılaşdı. Biz zərərçəkənlə görüşə gedəndə bizimlə görüşə Tağı Əhmədov yox, Nizami rayon Məhkəməsinin hakimi olan oğlu Rauf Əhmədov gəldi. O da bildirdi ki, hansı yolla olur olsun bu pulu qaytarmalısınız. Biz də dedik ki, olanımız budur və ancaq pul əvəzinə mülkümüzü təklif edə bilərik. Ona dedik ki, bu mülkləri götürün və həbs qəti imkan tədbirini dəyişdirək və atam azadlığa çıxandan sonra borcun qalan hissəsinin ödənilməsi üçün fürsət əldə edək. Əslində müstəntiq də maraqlı idi ki, atam azadlığa buraxılsın. Çünki özü deyirdi ki, içəridə ola ola atanız borcu qaytara bilməz, çölə çıxmalıdır ki, nəsə edə bilsin. Amma Rauf Əhmədov razılaşmırdı, deyirdi ki, elə həbsdə ola ola pul ödənməlidir. Bütün ifadələrdə təsdiq olunub ki, pul borca verilib. Hətta zərərçəkmiş kimi tanınan adam da ifadəsində etiraf edib ki, pul Tağı Əhmədovundur və o borc verilib. Buna görə də bu işə görə heç cinayət işinin açılması da absurd idi. Gün kimi aydındır ki, cinayət işinin açılması Tağı Əhmnədovun və oğlu Rauf Əhmədovun sifarişi ilə olub. Rauf özü yaxşı bilir ki, atam nə qədər borca pul götürüb və nə qədər faiz ödəyib. Çünki bütün bu faiz işləri ilə elə Rauf Əhmədovun özü məşğul olub. Pulu Tağı müəllim YAP-ın ofisində özü verib, amma faizləri almağa oğlunu göndərib. İstintaq zamanı Rauf özü mənə deyib ki, mən istəsəm atanı evə dustaqlığına buraxdıraram, istəsəm içəridə saxlatdıraram. Təsəvvür edin ki, atamla bərabər təqsirləndirilən daha 2 nəfər var. Məcburi qaydada əməliyyat yolu ilə tutub gətirib istintaqa təhvil verilməsinə baxmayaraq onlara həbs verilmədi, amma atam özü könüllü istintaqa getməsinə baxmayaraq Raufun diktəsi ilə atama həbs verdilər. Raufla danışığından belə çıxdı ki, o istədiyi hər şeyi etməyə qadirdir və atamın taleyi ondan asılıdır. Bax vəziyyət budur".

Oxşar xəbərlər
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR