Bakıda iki qız oğlan üstündə bıçaq davasına çıxdı
Kriminal
2432
26 Nov 2015 | 16:00

Bakıda iki qız oğlan üstündə bıçaq davasına çıxdı

Sabunçu qəsəbəsində intihara cəhd hadisəsi baş verib.

Moderator.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yaşayan Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Fərqanə Abbasova Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, ev 14 ünvanında yaşayan, 1985-ci il təvəllüdlü İlahə Mustafayevanın evinə gəlib.

O, həmin vaxt İlahə Mustafayeva ilə mübahisə edib. Mübahisə zamanı Fərqanə Abbasova bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib.

O, qarın boşluğundan aldığı xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, gənc qızlar arasında mübahisə oğlan üstündə baş verib. Fərqanə Abbasovanın sevdiyi oğlanla sonradan İlahə Mustafayevanın münasibəti yaranıb.

Bu münasibətdən Fərqanə sonradan xəbər tutaraq, onun evinə gəlib və özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər