“Melissa Park”ın əməkdaşı külli miqdarda narkotiklə tutuldu
Kriminal
1435
02 Oct 2026 | 14:14

“Melissa Park”ın əməkdaşı külli miqdarda narkotiklə tutuldu

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb.
 
Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində saxlanılan şəxsin üzərindən külli miqdarda narkotik vasitə aşkar edilib.
 
Məlum olub ki, o, “Melissa Park” yaşayış kompleksində nəzarətçi vəzifəsində çalışır.
 
Onun barəsində açılmış cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Məhkəmənin 29 sentyabr tarixli hökmü ilə Maqsud İbrahimova 3 il həbs cəzası verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər