Prokuror Saleh Səmədova 9 il cəza istədi
1403
30 Sep 2026 | 15:15

Prokuror Saleh Səmədova 9 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.
 
Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
 
Müdafiə vəkili çıxış üçün vaxt istəyib.
 
Növbəti proses oktyabrın 7-nə təyin olunub.
 
Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər