Oğuzda narkotik becərənlər və silahlılar saxlanıldı
Kriminal
1441
30 Sep 2026 | 13:07

Oğuzda narkotik becərənlər və silahlılar saxlanıldı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
 
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Moderator.az-a bildirilib ki, tədbirlərlə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıb. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər