Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
1426
02 Sep 2026 | 10:25

Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı

Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər