Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı
Kriminal
1426
01 Sep 2026 | 10:20

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Avqustun 31-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər