Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanıldı
1418
31 Aug 2026 | 10:37

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanıldı

Avqustun 29-da və 30-da ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər