Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı
1366
26 Aug 2026 | 10:42

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Avqustun 25-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər