Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
Kriminal
1298
03 Aug 2026 | 10:57

Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı

Avqustun 1-də və 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər