Goranboyda 33 yaşlı kişi qətlə yetirildi - Atası saxlanıldı
Kriminal
1378
02 Aug 2026 | 09:59

Goranboyda 33 yaşlı kişi qətlə yetirildi - Atası saxlanıldı

Goranboy rayonunda qətl hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.
 
İlkin məlumata görə, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Şahin Aslanov ailə münaqişəsi zəminində yaşadığı evdə oğlu, 1993-cü il təvəllüdlü Elvin Aslanova kəsici alətlə xəsarətlər yetirib.
 
Ağır xəsarətlər alan 33 yaşlı Elvin Aslanov hadisə yerində ölüb.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin Aslanovun qətlində şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər