Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Sabunçu rayonunda qadını bıçaqlayan şəxsin kimliyi məlum olub.
Moderator.az xəbər verir ki, Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Qadının əməli törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü əri N.Əsgərov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatda qadını qayınatasının bıçaqladığı iddia olunurdu.
10:52
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.
1997-ci il təvəllüdlü D.Əsgərova qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çox sayda bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaralının yaxınlarının verdikləri məlumatlara görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.