Sabirabadda çətənə kolları yetişdirən şəxs tutuldu
1344
09 Jul 2026 | 10:15

Sabirabadda çətənə kolları yetişdirən şəxs tutuldu

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 28 yaşlı Ramal Pənciyev saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Ona məxsus əkin sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş 181 ədəd çətənə kolu aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ramal Pənciyev barəsində həbs qətimkan tədbiri seçilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər