Sabirabadda 10 kq narkotik vasitə aşkarlandı
Kriminal
1362
08 Jul 2026 | 13:15

Sabirabadda 10 kq narkotik vasitə aşkarlandı

Sabirabad rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı İmran Şabanov saxlanılıb.
 
Ondan 10 kiloqrama yaxın narkotik vasitə olan heroin, həşiş və marixuana aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər