Həbs edilən
1386
06 Jul 2026 | 11:40

Həbs edilən "Arzum" ləqəbli bloger cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum" ləqəbli bloger İlduzə Hacıyeva apellyasiya şikayəti verib. 
 
Moderator.az bildirir ki, bu barədə "Unikal"a xanım blogerin vəkili Hikmət Əliyev məlumat verib. 
 
Onun sözlərinə görə, İlduzə Hacıyeva birinci instansiya məhkəməsinin onun barəsində çıxardığı qərardan narazıdır. 
 
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli bloger İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Dövlət ittihamçısı isə məhkəməyə xanım blogerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
 
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. 
 
"Arzum" ləqəbli blogerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər