Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı
Kriminal
1336
06 Jul 2026 | 10:42

Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı

İyulun 4-də və 5-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər