İki həftəlik atəşkəs neft qiymətlərini azaldacaq?
İqtisadiyyat
152
15:20, Bu gün

İki həftəlik atəşkəs neft qiymətlərini azaldacaq?

"İki həftəlik atəşkəsdən sonra neft qiyməti dərhal aşağı düşsə də, bu, real təklif artımına görə yox, bazarın “risk əlavəsini” çıxarmasına görə oldu. Yəni, qiymətdə olan müharibə qorxusu bir qədər silindi".
 
Moderator.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, işin texniki tərəfi fərqlidir:
 
"Faktiki bazarda vəziyyət hələ də gərgindir. Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb, sığorta xərcləri yüksək qalır, bəzi marşrutlarda risk hələ də qiymətə daxildir. Bu faktorlar neftin kəskin ucuzlaşmasının qarşısını saxlayır. Digər tərəfdən, bu atəşkəs çox qısadır. İki həftəlik razılaşma bazar üçün strateji ola bilməz. Ona görə də böyük fondlar və treyderlər hələ mövqelərini tam dəyişmirlər, sadəcə risklərini azaldırlar. Bu da qiymətin sərt düşüb sonra stabilləşməsinə səbəb olur.
 
Hazırda ən real ssenari budur ki, qiymətlər 90 dollar ətrafında dalğalansın. Bir qədər də aşağı enə bilər, amma 70-80 dollarlıq zona üçün ya uzunmüddətli siyasi razılaşma, ya da bazara əlavə böyük həcmdə neft girişi lazımdır. Bazarlar qulaqlarını şəkləyib, diqqətlə xəbər gözləyir. Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa, qiymətlər çox sürətlə geri qayıda bilər".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər