SOCAR-ın Geofizika və Geologiya İdarəsinə yeni innovativ avadanlıqlar alınıb - FOTO
İqtisadiyyat
317
16:08, Bu gün

SOCAR-ın Geofizika və Geologiya İdarəsinə yeni innovativ avadanlıqlar alınıb - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin və rəhbər heyətinin iştirakı ilə Geofizika və Geologiya İdarəsinin maddi-texniki bazasına yeni daxil edilmiş innovativ avadanlıqların təqdimatı keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
Məlumata görə, tədbir çərçivəsində quruda seysmik kəşfiyyat işlərinin keyfiyyətini və operativliyini fundamental şəkildə artıracaq nod sistemləri, yüksək təzyiqli lay şəraitində təhlükəsiz əməliyyatları təmin edən yüksək quyuağzı təzyiqə nəzarət (lubrikator) qurğuları, quyu trayektoriyasının real vaxtda izlənməsi və dəqiq idarə olunmasına imkan verən avadanlıqlar təqdim olunub.
 
Bu texnoloji yeniliklər SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatın optimallaşdırılması istiqamətində atdığı mühüm addımlardan biridir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər