Batareya Enerji Saxlanc Mərkəzinin mahiyyəti və əhəmiyyəti nədir? - FOTO/VİDEO
İqtisadiyyat
136
12:15, Bu gün

Batareya Enerji Saxlanc Mərkəzinin mahiyyəti və əhəmiyyəti nədir? - FOTO/VİDEO

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.
 
Moderator.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən iki əsas yarımstansiyada paytaxta yaxın 500 kV-luq “Abşeron” və ölkənin mərkəzində yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb.
 
Bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir və bu coğrafiyada ən böyük Batareya Enerji Saxlanc Mərkəzləridir.
 
Yeni enerji obyektinin necə ərsəyə gətirilməsi, mahiyyəti və əhəmiyyəti barədə video çarxı sizə təqdim edirik:

 

Link kopyalandı!
Son xəbərlər