Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı
İqtisadiyyat
307
13:10, Bu gün

Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı

Neft qiymətləri ötən gün kəskin ucuzlaşmadan sonra yenidən bahalaşıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
 
Bakı vaxtı ilə saat 09:13-ə qədər Londonun ICE birjasında may ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 3.84 dollar (3.84%) artaraq bir barel üçün 103.78 dollara çatıb. Dünən isə "Brent" markalı neftin qiyməti 12.25 dollar (10.92%) azalaraq bir barel üçün 99.94 dollara düşmüşdü.
 
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin may ayına çatdırılma ilə füçerslərinin qiyməti 3.39 dollar (3.85%) artaraq bir barel üçün 91.52 dollara çatıb. Bir gün əvvəl isə WTI markalı xam neft 10.1 dollar (10.28%) ucuzlaşaraq bir barel üçün 88.13 dollara düşmüşdü.
 
Dünənki ucuzlaşma ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna planlaşdırılan hücumları beş gün təxirə salmaq qərarı və iki ölkə arasında məhsuldar danışıqların aparıldığı barədə verdiyi açıqlamadan qaynaqlanıb.
 
Tehran bu iddiaları təkzib edərək, bunu maliyyə bazarlarına təsir göstərmək cəhdi adlandırıb. İran ABŞ-nin, İsrail isə İslam Respublikasının hədəflərinə hücumları davam etdirib.
Link kopyalandı!
Son xəbərlər