Neftin qiymətində KƏSKİN eniş proqnozu - Azərbaycana təsiri
İqtisadiyyat
268
15:07, Bu gün

Neftin qiymətində KƏSKİN eniş proqnozu - Azərbaycana təsiri

“Dünya neft bazarında bu gün baş verənlər dünya iqtisadiyyatı üçün ciddi bir təhdiddir. Bu vəziyyətin nə qədər davam edəcəyini heç kim bilmir”.

Moderator.az xəbər verir ki, bunu Musavat.com-a sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib.

Dünyanın ən böyük neft istehsalçılarından və ixracatçılarından biri olan İrana qarşı fevralın 28-dən etibarən başladılan müharibədən, paralel şəkildə rəsmi Tehranın Hörmüz boğazı ilə bağlı təzyiq siyasətindən sonra neftin qiymətində sürətli yüksəlişdən bəhs edən F.Yusifov deyib ki, qeyd edib.

"Hörmüz boğazı ətrafında vəziyyətin getdikcə dramatikləşməsi 3-cü dünya savaşını daha da yaxınlaşdırır. Bu gün bu boğazdan neft və qaz alan ölkələr ciddi narahatlıq yaşayır və indiki durumda istəsələr də, istəməsələr də, bu problemin çözülməsində ABŞ - İsrail cütlüyünün yanında dayanmağa məhkumdurlar. Baxmayaraq ki, öncə onların hamısı bir ağızdan “bu, bizim müharibəmiz deyil və bu səbəbdən biz bu kolisiyaya qoşulmayacağıq” - deyirdilər. İndi onlar öz baxışlarını dəyişdirmək məcburiyyətindədilər”, - ekspert bildirib.

Sabiq nazir qeyd edib ki, bu müharibə teatrında qəribə bir mənzərəyə şahidlik etməkdəyik:

“Görünən budur ki, müharibənin mövcud ssenarisi ABŞ - İsrail cütlüyü tərəfindən öncədən yazılıbmış. Müharibənin ilk günlərindən dünya birliyinin bu müharibəyə qarşı olduğu bəlli idi. Lakin Amerika Birləşmiş Ştatları administrasiyasının bu müharibə səhnəsindəki at gedişləri sonda bütün dövlətlərin baxışlarını dəyişdirdi. İndi onlar Hörmüz boğazının tezliklə açılması üçün ABŞ-a yardım etmək yolunu seçir, körfəzin ərəb ölkələri isə Birləşmiş Ştataları İranı daha intensiv vurmağa səsləyirlər. Görünən budur ki, ABŞ həm də tələsmir və qurduğu tuzağın maksimum effektlə yekunlaşması məqamını gözləyir. Yəni bir çox ölkələri kolisiyaya qoşmaqla bir tərəfdən dünya birliyi qarşısında məsuliyyəti bölüşmək istəyir, digər tərəfdən isə kolisiyaya cəlb edəcəyi ölkələrin hərbi və maliyyə yardımlarından yararlanmaq istəyir. Bu günə qədər ABŞ-n qurduğu bu ssenari uğurla işləyir. Hörmüz boğazı açılana qədər dünya neft bazarında gərginliyi bir qədər azaltmaq üçün ABŞ öz rezervlərinin bir qismini bazara çıxarır və hətta bu məqsədlə Rusiya və İran neftinin satışına müvəqqəti icazə verir. Baxın, bütün bu baş verənlər açıq-aydın şəkildə meydanda hansı oyunların getdiyini göstərir”.

F.Yusifov həmçinin bildirib ki, Birləşmiş Ştatlar Hörmüz boğazının açlmasını bu yolla təmin etdikdən sonra tək İran neftinin istehsalı və satışına deyil, boğazdan keçən bütün neft və qazın hərəkətinə nəzarəti ələ keçirəcək və boğazdan keçən hər gəmi və hər tanker ABŞ-a rüsum ödəməli olacaq: “ABŞ-nin İran müharibəsinin fəlsəfəsi budur”.

İranla ABŞ və İsrail arasında müharibənin başlanmasından sonra neft və qazın qiymətinin sürətlə qalxmasına baxmayaraq, iqtisadçı alim bunu keçici hesab edir və sürətli enişi də proqnozlaşdırır: “Neftin, qazın qiymətləri yüksəldikcə hasilatçı ölkələr də onların satışından daha çox valyuta əldə edirlər. Lakin hər kəs bilməlidir ki, bu, müvəqqəti bir haldır. Boğaz böhranı bitdikdən sonra sayılı günlər ərzində neft və qazın dünya bazarlarındakı qiymətləri tam sabitləşəcək. Və hətta bundan sonra neft qiymətlərinin Trampın seçkiöncəsi bəyan etdiyi 40-45 dollar səviyyəsinə enməsi də baş verəcək”.

Qeyd edək ki, dünya bazarlarında neftin yenidən bahalaşıb. Hazırda “Brent” markalı neft 113,48 dollara, yüngül neft 100.05 dollara təklif edilir.

Link kopyalandı!
Son xəbərlər