İqtisadiyyat
202
19 Mar 2026 | 23:05

"Brent" markalı neftin qiyməti 110 dollardan aşağı düşdü

Beynəlxalq fyuçers bazarlarında "Brent" markalı xam neftin qiyməti 110 dollar/bareldən aşağı düşüb.

Moderator.az xəbər verir ki, gün ərzində bareli 119,11 dollara qədər yüksələn "Brent" markalı xam neft saat 21:56-ya olan məlumata görə, 108,44 dollara satılıb.

Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlar nəticəsində yüksələn enerji qiymətləri ABŞ-nin müdaxiləsindən sonra tədricən aşağı düşməyə başlayıb.

Link kopyalandı!
Son xəbərlər