Azərbaycanda ən çox maaşı onlar alır - MƏBLƏĞLƏR
İqtisadiyyat
285
12:20, Bu gün

Azərbaycanda ən çox maaşı onlar alır - MƏBLƏĞLƏR

Bu ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib.
 
Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4064,7 manat, qeyri neft-qaz sektorunda 1050,1 manat təşkil edib.
 
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1073,2 manat, özəl müəssisələrdə isə 1133,5 manat olub.
 
Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. (İqtisadiyyat.az)
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər