SOCAR:
İqtisadiyyat
246
19:17, Bu gün

SOCAR: "Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi üzrə tranzit həcmi dörd milyon tona çatdırılıb"

SOCAR və "KazMunayQaz" (KMG) şirkəti Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsini uğurla davam etdirərək tranzit həcmini dörd milyon tona çatdırıblar.

Moderator.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Qeyd olunub ki, Qazaxıstan neftinin 427-ci partiyası "Prezident Heydər Əliyev" tankeri ilə martın 12-də Aktau limanından çıxıb və martın 13-də "Azərtrans" Səngəçal terminalına çatıb. Bugünədək tranzit edilən həcmdən 3.8 milyon ton "Tengiz" yatağının, 200 min ton isə "Kaşağan" yatağının payına düşür.

Xatırladaq ki, "Tengiz" neftinin ilk partiyası 2023-cü il martın 23-də, "Kaşağan" neftinin ilk partiyası isə 2025-ci il yanvarın 27-də Aktaudan Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.

Layihədə Azərbaycan tərəfini SOCAR-ın törəmə müəssisəsi "SOCAR Midstream Operations" MMC təmsil edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər