Pakistanın neft tankeri Hörmüz boğazından keçdi...-
İqtisadiyyat
486
16:30, Bu gün

Pakistanın neft tankeri Hörmüz boğazından keçdi...-"BLOOMBERG"

Pakistan Milli Gəmiçilik Korporasiyasına(Pakistan National Shipping Corporation)  məxsus Pakistan bayrağı altında üzən "Karaçi" tankeri Hörmüz boğazından keçib və hazırda Pakistana doğru üzür. Bu, ABŞ və İsrailin İrana hücumlarından sonra Fars körfəzindən çıxan azsaylı tankerlərdən biridir. 
 
Moderator.az "Korespondent" nəşrinə istinadla xəbər verir ki, "Bloomberg" bu barədə 16 mart bazar ertəsi günü məlumat yayıb.
 
Pakistan Milli Gəmiçilik Korporasiyasına məxsus Karaçi bazar günü təhlükəli səyahətə çıxıb. Bazar ertəsi günü etibarilə o, Omanın Sohar limanının yaxınlığındakı sularda olub.
 
İzləmə məlumatları göstərir ki, tanker İran sahillərindən keçib, Larak adası yanında dövrə vurub və sonra şərqə doğru hərəkət edib. Boğazdan çıxan digər gəmilər də İran marşrutunu seçiblər.
 
Tanker BƏƏ-də neftlə yüklənib, lakin tutumu tam doldurulmayıb.
 
Bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran hakimiyyəti Hörmüz boğazından təhlükəsiz istifadə ilə bağlı bir neçə ölkə ilə əlaqə saxlayır.
 
Hörmüz boğazında  dünya neftinin təxminən beşdə birini daşınır, lakin Yaxın Şərqdə müharibənin başlamasından bəri gəmiçilik faktiki olaraq dayandırılıb.
 
İran əvvəllər Hörmüz boğazından keçməyə çalışan bütün xarici gəmiləri "yandıracağı" barədə xəbərdarlıq etmişdi. Pentaqon Hörmüz boğazının bağlı olmadığını bildirib. ABŞ ordusunun məlumatına görə, İran boğazda patrul xidməti göstərmir və hələlik minalanma işləri ilə bağlı heç bir əlamət yoxdur.
 
Moderator.az xatırladır ki, martın 11-də Pakistan hərbi dəniz donanmasə neft və digər kommersiya yükləri daşıyan gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edərək onları müşayiət edib və belə bir riskli təhlükəsizlik əməliyyatını həyata keçirən ilk donanma kimi qeyd olunub.
 
S. Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər