“İlk dəfə olaraq Türkiyə və Avropaya yüklərin Ermənistan üzərindən daşınması gerçəkləşə bilər”
İqtisadiyyat
719
14:20, Bu gün

“İlk dəfə olaraq Türkiyə və Avropaya yüklərin Ermənistan üzərindən daşınması gerçəkləşə bilər”

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycanla Ermənistan arasındakı sülhün regionun tərəqqisinə verdiyi töhfəyə diqqət çəkib. Ölkə başçısı qeyd edib ki, məhz bu sülhün sayəsində Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək.

Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı maraqlı fikrilər səsləndirib:

“Azərbaycan sülh gündəliyinə töhfə verən ölkədir. Azərbaycanın neft məhsulları Ermənistaan ixrac olunub. Cənab Prezidentin Forumdakı çıxışında qeyd olunduğu kimi, iqtisdi əlaqələr Ermənistanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır. İlk dəfə olaraq Ermənistan üzərindən yüklərin daşınması həyata keçirilə bilər.

İlkin qiymətləndirmələrə görə Azərbaycanlıa Ermənistan arasında iqtisadi əlaqələrin bərpasından sonra iki ölkə arasında illik 300 milyon dollar ticarət dövriyyəsinin fomalaşması mümkündür.

Azərbaycan Türkiyə və Avropaya gedən yüklərin bir hissəsinin Ermənistan üzərindən daşınamsı mümmkündür ki, bu da regionun beynəlxalq yükdaşımalar baxımındna mövqeyinin güclənməsinə imkan yaradacaq”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər