Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb
İqtisadiyyat
426
13:38, Bu gün

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 473,1 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
 
Bu barədə Moderator.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,4 % artıb.
 
ÜDM istehsalının 32,7 %-i sənaye, 11,4 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i tikinti, 3,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 %-i informasiya və rabitə sahələrinin, 24,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 %-ini təşkil edib.
 
Link kopyalandı!
Son xəbərlər