Ən çox şikayət edilən banklar açıqlandı
İqtisadiyyat
230
10:00, Bu gün

Ən çox şikayət edilən banklar açıqlandı

Fevralda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 3,36 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
 
Bildirilib ki, ən çox şikayət edilən digər bank isə "AFB Bank" ASC olub. Bank 2,95 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.
 
Tənzimləyicinin hesabatına görə, "Azər-Türk Bank" ASC 2,78 şikayət indeksi ilə siyahının qırmızı zolağında yer alıb.
 
Link kopyalandı!
Son xəbərlər