Azərbaycan neftinin qiyməti 103 dolları ötdü
İqtisadiyyat
282
10:05, Bu gün

Azərbaycan neftinin qiyməti 103 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
 
Moderator.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,41 ABŞ dolları və ya 8,9% artaraq 103,03 ABŞ dolları olub.
 
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 94,62 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
 
Link kopyalandı!
Son xəbərlər