Bu ilin yanvar ayında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 2025-ci ilin eyni dövrünün göstəricisi (82,1 milyon ABŞ dolları) ilə müqayisədə 17,9 milyon ABŞ dolları və yaxud 22 % azalaraq 64,2 milyon ABŞ dolları təşkil edib.
Moderator.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 30 % payla Azərbaycan "AzerGold" QSC liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
|
Şirkət |
2026-cı ilin yanvar ayında ixracın dəyəri (milyon ABŞ dolları ilə) |
2025-ci ilin yanvar ayında ixracın dəyəri (milyon ABŞ dolları ilə) |
Faiz fərqi |
|
"AzerGold" QSC |
19,3 |
15,5 |
125% |
|
"SOCAR Polymer" MMC |
14,9 |
15,1 |
98,7% |
|
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
14,4 |
38,7 |
37% |
|
"Azəralüminium" MMC |
12,7 |
8,6 |
148% |
|
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC |
2,7 |
4,2 |
64% |
|
"Naxçıvan Enerji" MMC |
0,082 |
0 |
- |
|
"Sənayecihaz" EİM |
0,054 |
0 |
- |
|
"SOCAR-Cape" MMC |
0,033 |
0 |
- |
|
"Qaradağ Şüşə Zavodu" ASC |
0,018 |
0,010 |
180% |
|
"Azərxalça" ASC |
0,004 |
0 |
- |
|
CƏMİ |
64,2 |
82,11 |
78% |
Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracının dəyəri illik müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dollarına çatıb.