Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb
İqtisadiyyat
337
03 Mar 2026 | 21:45

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb

Bu ilin yanvar ayında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 16 milyon 745 min ABŞ dolları təşkil edib.

Moderator.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,3 % azdır.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,5 %-i qədər olub.

İl ərzində Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 99,7 % azalaraq 177 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 86,2 % azalaraq 16 milyon 568 min ABŞ dollar olub.

Ay ərzində Böyük Britaniyaya ixrac ümumi ixracın 0,01 %-ni, İsraildən idxal isə ümumi idxalın 1,3 %-ni təşkil edib.

Link kopyalandı!
Son xəbərlər