23:20
9°C
Bakı
Bu ilin yanvar ayında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 16 milyon 745 min ABŞ dolları təşkil edib.
Moderator.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,3 % azdır.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,5 %-i qədər olub.
İl ərzində Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 99,7 % azalaraq 177 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 86,2 % azalaraq 16 milyon 568 min ABŞ dollar olub.
Ay ərzində Böyük Britaniyaya ixrac ümumi ixracın 0,01 %-ni, İsraildən idxal isə ümumi idxalın 1,3 %-ni təşkil edib.