21:12
8°C
Bakı
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Azərbaycanın Baş nazirinin müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Samir Şərifovla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.
"Səfir Dmitri Pineviç Azərbaycan Baş nazirinin müavini Samir Şərifovla görüşüb. Onlar ikitərəfli iqtisadi gündəliyin geniş məsələlər dairəsini müzakirə edib", - məlumatda bildirilib.