“Belə olsa, Zəngəzur dəhlizi dollar dövriyyəsi ilə işləyər və ABŞ-a külli miqdarda gəlir gətirər...
İqtisadiyyat
56
11:41, Bu gün

“Belə olsa, Zəngəzur dəhlizi dollar dövriyyəsi ilə işləyər və ABŞ-a külli miqdarda gəlir gətirər..."

“İndi ABŞ-İran qarşıdurmasına gətirib çıxaran amillərdən biri İrandan keçən tranzitləri də dollar dövriyyəsinə salmaqdır. Əsas məsələ də elə budur. İranın nüvə bombası hazırlaması, uzaqmənzilli ballistik raketlər istehsal etməsi və s. - hamısı bəhanədir...”   
 
“Ukrayna müharibəsi Aİ-ni Rusiya kimi xammal bazasından uzaqlaşdırsa da, Qərb –Şərq tranzitinin bağlanılmasına gətirib çıxartmışdır, yəni Çindən Avropaya gedən ən ucuzlu tranzit quru və dəmir yolları bağlanmışdır...”
 
Siyasi analitik Tahir Cəfərli Moderator.az-a dünyada  baş verən hadisə və proseslərə fərqli baxışlarla müşayiət olunan növbəti maraqlı müsahibə verib.
(Əvvəli burada:)
 
-Tranzit yolları ilə ABŞ-ın Çinə və İrana qarşı apardığı siyasətin hansı bağlılığı var? 
 
-Bilirsiz, bu və ya ölkənin geosiyasi vəziyyəti ilə bağlı hadisələri təhlil edərkən analitik və yaxud siyasi şərhçi bütün hallarda məsələlərə obyektiv yanaşmalıdır və heç vaxt bu və ya digər ölkənin mövqeyini üstün tutmamalıdır. Ancaq  belə olduğu halda həqiqəti dərk etmək mümkündür. Həqiqətlər isə acıdır.
Avropa İttifaqınındağılmasına yönəldilmiş, Ukrayna müharibəsinin davam etdirilməsi, Rusiyanın müharibə etməklə güclənməsi - Çinə qarşı ABŞ-ın apardığı siyasətin əsasıdır. Hətta ABŞ İran qarşıdurmasının da əsas səbəblərini araşdırsaq, görərik ki, Amerikanın məqsədi İranı Çin tranzitlərindən uzaqlaşdırmaqdır.
Gəlin razılaşaq ki, Çinlə bağlı tranzit yollarının işləməsi ABŞ-ın geo-siyasi maraqlarına ziddir. Regionumuzda da baş verən hadisələrə bu mövqedən yanaşmalıyıq. Elə olduğu halda maraqlı faktlarla üzləşərik.  
 
Tranzit yollarının işləməsi dünya iqtisadiyyatının inkişafını göstərən amillərdən biridir. Əlbəttə ki, dünyanın bütün ölkələri öz yüklərini asan yollarla daşımağa və istehlakçı ölkələrə  çatdırmağa çalışırlar.  Çatdırılan məsafələr nə qədər qısa olsa, istehsalçının gəliri bir o qədər də çox olur. Dünyada təsdiqini tapmış və illərin sınağından çıxmış tranzit yolları  həmişə fövqəl dövlətlərin nəzarəti altında qalıb və yaxud onların arasında nəzarət üstündə müəyyən qarşıdurmalar olub. 
 
ABŞ-ın Süveyş və Panama  kanalları üzərində sırf nəzarəti ilə bağlı olan qarşıdurmaları nəzərinizdən çıxartmayın, çünki  bu iki kanalın nəzarəti ilə bağlı istər Misir Ərəb respublikasında, istərsə Panamada  gedən bütün geo-siyasi proseslər ABŞ tərəfindən idarə olunduğu və faktiki olaraq onun iqtisadi tələblərini yerinə yetirməsi ilə bağlıdır. 
 
Sizə elə  gəlməsin ki, bu kanallar müstəqil ölkələrin tərkibindədir və onlar bu kanallarla bağlı öz siyasətini yeridə bilərlər. Əslində isə həqiqət başqadır, adı çəkdiyimiz ölkələrin bu kanallarla bağlı bütün nəzarəti ABŞ-ın və BVF-in əlindədir...
 
ABŞ siyasətinin əsasını təşkil edən proteksionizm mahiyyətini anlamaq istəyiriksə, bir şeyi nəzərdən qaçırtmamalıyıq, bu ölkə ondan artıq güclənən ölkəni  gücdən salmasa dağılar, gücdən salmanın isə aşağıdakı metodları var: müharibə, sanksiyalar, devalvasiya, dünya ticarətinə tam nəzarət,  başqa ölkələrə qarşı  gömrük siyasəti, ticarət  və tranzit yollarının işləməsinə maneələr yaratmaq və s. Göstərilən proteksionist metodlarından hər birisi bu və ya digər ölkəni gücdən salıb, ABŞ-dan tam asılı vəziyyətə salmaq üçün bəs edir...
 
Ukrayna müharibəsinin ABŞ üçün geo-siyasi əhəmiyyəti, onun Aİ-ı və Rusiyanı gücdən salmaq və onları öz diktəsi ilə idarə etməsidir. Axı eyni tarixi kökdən, eyni dindən olan Ukrayna və rus xalqlarının bir-birini qırması heç bir məntiqə uyğun gəlmir...
 
ABŞ nyuproteksionizminin başqa göstəriciləri: Ukrayna müharibəsi nəticəsinə bağlanmış tranzitlərin yeniləri ilə əvəz olunmasını da nəzarət altında saxlamaqdır. Bu tranzitlər əgər gün-gündən güclənən və ABŞ-ın rəqibinə çevrilən və yeni fövqəl dövlət kimi formalaşan ölkənin də inkişafına zərbə vurmaqdır. 
İndiki dövrdə ABŞ üçün bu ölkə sürətli inkişaf edən Çindir. Adi məntiqə arxalansaq, görərik ki, Çinin bu cür inkişafı tezliklə onu ABŞ-dan güclü dövlətə  çevrilə bilər.
 
ABŞ nyuproteksionist siyasətini həyata keçirən Donald Trampın indiki məqsədi bu ölkəni də Aİ kimi gücdən salmaqdır. Onun Çinə qarşı apardığı siyasətin mahiyyəti, Aİ-nın yüksək texnologiyalı iqtisadi müəssisələrinə inteqrasiya olmuş bu ölkə ilə Aİ-nın əlaqələrini kəsməkdir. Dərinə getsək, görərik ki, Ukrayna müharibəsi Aİ-ni Rusiya kimi xammal bazasından uzaqlaşdırsa da, Qərb –Şərq tranzitinin bağlanılmasına gətirib çıxartmışdır, yəni Çindən Avropaya gedən ən ucuzlu tranzit quru və dəmir yolları bağlanmışdır. Avropanın iqtisadi tənəzzülü elə bununla bağlıdır. Tranzit  yolların işləməməsi, hər şeydən əvvəl, iki ölkənin iqtisadiyyatına ağır zərbələr vurur, bununla bərabər Rusiyanın üzünə də bütün yolları bağlayır. Bu saat üç ölkə, Rusiya, Çin və Aİ-qı yuxarıda adını çəkdiyimiz  tranzit  yollarının işləməsində maraqlıdır... 
Ukrayna müharibəsinin davamı nəticəsində bu ölkələr Şimal-Cənub, Şərq-Qərb, Orta dəhliz və s. tranzitlərinin işə salınmasına çalışırlar,  Onları iqtisadi böhranlardan ancaq yeni tranzitlərin işləməsi qurtara bilər.  Bundan əlavə bu tranzitlərin  keçdiyi ölkələrin həm iqtisadi, həm də geo-siyasi vəziyyətini möhkəmlədər. Hadisələrə məntiqlə yanaşsaq, görərik ki, bu heç də ABŞ-ın geo-siyasi marağında deyil. Yeni tranzitlərə Mərkəzi Asiya dövlətlərinin qoşulacağı da göz qabağındadır. Bu tranzitlərin işləməsində Mərkəzi Asiyanı ətrafında birləşdirən “Orta dövlət” statuslu Qazaxıstanın və Cənubi Qafqaz dövlətləri arasında Azərbaycanın rolu böyük ola bilər... 
 
Statistləri dediyinə görə, adı çəkilən tranzitlərin tamlığı ilə işləməsi region ölkələrinin güclü inkişafına gətirib çıxaracaq və yuxarı adı çəkdiyimiz kanallarda daşınılan yüklərin  həcmindən bir neçə dəfə çox yük daşınacaqdır. Bugünkü reallıq budur. Odur ki, ABŞ yeni tranzitlər üzərində də nəzarəti ələ almalıdır və əlbəttə ki, Mərkəzi Asiya və Cənubu Qafqaz dövlətləri ilə əməkdaşlığa geniş yer verməklə... 
 
ABŞ-ın bu dövlətlərlə əlaqəsinin əsas siyasi xətti tranzitlərin nəyin bahasına olursa-olsun nəzarət altında saxlanılması və bu məkanda tranzitlərin işini ancaq dollar dövriyyəsi əsasında qurulmasıdır. Bu isə sadə məsələ deyil...
 
-ABŞ buna hansı yollarla nail ola bilər?
 
-Götürək Şimal-Cənub tranzitini. Onun işləməsini Rusiya istəyir və keçəcəyi ölkələrlə öz valyutası ilə əməliyyat aparmalarını təklif edir. Məsələn İranla rus pulu ilə, Çinlə Çin pulu ilə. Bu dolların təzyiqindən çıxmaqdır... Belə olduğu halda faktiki olaraq dollar bu tranzitlərdə dövriyyədən çıxır, daha doğrusu, ABŞ-ın dövriyyədən çıxarılmış dolları ölkəsinə gəlir gətirmir. Digər tərəfdən, Çin, Rusiya, İran və s. əlaqələrini Aİ və başqa dövlətlərlə bərpa edirlər. Aydındır ki, bu halda avro güclənir. Güclənən valyuta isə iqtisadi inkişafa təkan deməkdir.. 
 
Aydındır ki, ABŞ əlindən gələni etməlidir ki, bu belə olmasın. Odur ki, yeni tranzitlərə qoşulmuş ölkələrə təzyiq göstərir. Sərhədlərin bağlanması və tranzit yollarının işləməməsi bununla bağlıdır.  Diqqətli olsaq görərik ki, yuxarıda göstərdiyimiz tranzitlərin çoxu İrandan keçir və İran iqtisadiyyatı üçün xilasedici amildir. Əgər onlar işləsə, İran yaxasını iqtisadi böhrandan qurtarar və  yenidən inkişaf başlayar.
Məntiqi nəticə belədir ki, bu tranzitlərin işləməsi ABŞ-ın nə iqtisadi, nə də geo-siyasi marağında deyil... 
-Buradan maraqlı sual ortaya çıxır: Bəs onda ABŞ lideri Donald Tramp nə üçün Mərkəzi Asiya və Cənubu Qafqaz respublikaları ilə tranzit məsələləri ilə bağlı ciddi danışıqlara gedib və dəyərli sazişlər bağlatdırıb? Götürək elə “Tramp yolu” adlandırılmış Zəngəzur dəhlizini...
 
-Haqlı sualdır. Zəngəzurdan keçən yüklərin Türkiyəyə getməsi ABŞ-ın müttəfiqinin iqtisadi probleminin həllinə yönəldir, digər tərəfdən, Rusiyadan uzaqlaşmaq istəyən iki dövlətin iqtisadi və siyasi dəyərini artırır. 
Belə olduğu halda “Tramp yolu” adlanan Zəngəzur dəhlizi faktiki olaraq dollar dövriyyəsi ilə işləyər və ABŞ-a külli miqdarda gəlir gətirə bilər, yəni hətta Rusiya və Çin də bu yollardan istifadə etsə, əsas gəlir ABŞ-n cibinə gedəcək. Beləliklə, İrana yüklərin getməsinin qarşısını alacaq...
 
İran məsələsi ABŞ üçün çox ciddi geo-siyasi məsələdir. Z. Bjezinski “Böyük şahmat lövhəsi” kitabında yazırdı ki, ABŞ əlindən gələni etməlidir ki, İran- ABŞ münasibətlərini 2020-ci ildən 2030-cu ilə qədər  ötən əsrin 60-ci il səviyyəsinə çatdırsın, çünki bu ölkə ilə əməkdaşlığı bərpa etməsələr, ABŞ fövqəl dövlət statusunu itirə bilər...    
 
İndi ABŞ-İran qarşıdurmasına gətirib çıxaran amillərdən biri İrandan keçən tranzitləri də dollar dövriyyəsinə salmaqdır. Əsas məsələ də elə budur. İranın nüvə bombası hazırlaması, uzaqmənzilli ballistik raketlər istehsal etməsi və s. - hamısı bəhanədir.   
 
Maraqlı bir faktı nəzərinizə çatdırmaq istəyirik. Keçən ilin dekabrında Rusiya Şimal-Cənub dəhlizi vasitəsi ilə Azərbaycandan yox, Qazaxıstan və Türkmənistandan keçərək İrana çatan ilk yükləri ora göndərdi.
Tranzitin işləməsi Rusiya, Qazaxıstan, Çin  və İran üçün hava-su kimi lazım idi. Bu hadisədən üç-dörd gün sonra ABŞ İrana qarşı devalvasiya həyata keçirtdi, Nəticədə İranda qiymətlər iki dəfədən çox qalxdı, Əlbəttə, buna etiraz edən xalq da küçələrə çıxdı... 
 
Beləliklə, süni şəkildə xalqla iqtidar arasında ciddi qarşıdurma yaradan ABŞ və İsrailin agenturası oldu.  
İranda sanki rəngli inqilaba start verildi. Hadisələrin gedişi Gürcüstan və Ukraynadakı rəngli inqilabların müəllifi Cin Şarpın yazdığı ssenarisini xatırladır. Qarşıdurma, qan axıtma və iqtidarı yıxmaq. Amma İranda bu cür  inqilab baş tutmadı...  ABŞ xüsusi orqanları həm də Rza Pəhləvini oyuna atmaqla, səhvə yol verdilər, odur ki, etirazlar asanlıqla yatırıldı. Sonrakı hadisələr isə göz qabağındadır... 
 
-Yeri gəlmişkən, ABŞ  silahlı qüvvələrinin ən elit dəstələri bu saat İranla müharibə etməyə hazırlaşır. Sizcə, Amerika belə bir hücum edəcəkmi?
 
(Davamı var)         
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər