Azərbaycan Slovakiyadan yük avtomobillərinin idxalını bərpa edib
İqtisadiyyat
85
17:47, Bu gün

Azərbaycan Slovakiyadan yük avtomobillərinin idxalını bərpa edib

Ötən il Azərbaycan 99,1 milyon ABŞ dolları dəyərində 8 min 163 ədəd yük avtomobili idxal edib.

Moderator.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % az) 5 min 609 ədəd (-11 %), Çindən 23,8 milyon ABŞ dolları dəyərində (-39 %) 1 min 652 ədəd (+52 %), İtaliyadan 9 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 282 ədəd (+88 %), Belarusdan 4,2 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 80 ədəd (+2,9 dəfə), İspaniyadan 3,85 milyon ABŞ dolları dəyərində (-71 %) 182 ədəd (+2,8 dəfə) yük avtomobili alıb.

Azərbaycan 3 il 10 aylıq fasilənin ardından Slovakiyadan (189 min ABŞ dolları dəyərində 10 ədəd) tədarükü bərpa edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər