Azərbaycanda ötən il 345 dövlət standartı qəbul edilib
İqtisadiyyat
33
17:25, Bu gün

Azərbaycanda ötən il 345 dövlət standartı qəbul edilib

2025-ci ildə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 345 yeni dövlət standartı qəbul edib.

Moderator.az bu barədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, bunun 66-sı qida texnologiyası və kənd təsərrüfatı sahəsini əhatə edib.

Tikinti materialları üzrə 10, informasiya və telekommunikasiya sahəsində 22, neft-qaz, kimya və əlaqəli texnologiyalar üzrə isə 21 dövlət standartı qəbul olunub.

Ətraf mühit və nəqliyyat sahələrinin hər biri üzrə 16 standart təsdiqlənib.

Bundan əlavə, idarəetmə və keyfiyyət sahəsində 5, rezin və plastik sənaye üzrə 3, zərgərlik sahəsində 4, tekstil və dəri texnologiyası üzrə 16 standart qəbul edilib.

Ən çox standart isə əməyin təhlükəsizliyi sahəsində qeydə alınıb – bu istiqamətdə 74 yeni dövlət standartı təsdiqlənib.

Eyni zamanda, xidmət sahəsi üzrə 7, turizm üzrə 2, uşaq malları üzrə 15, insan resurslarının idarə edilməsi sahəsində 25 standart qəbul olunub.

Həmçinin, metrologiya, ölçmə sistemləri və cihazlar sahəsində 7, qablaşdırma, kağız və karton sahəsində 16, səhiyyə və tibb üzrə 2, istehlak malları sahəsində 6, energetika və elektrotexnika üzrə isə 12 yeni dövlət standartı təsdiqlənib.

Məlumata görə, eyni zamanda 116 dövlət standartı üzrə dövri yoxlanılma aparılıb və ya dəyişikliklər edilib, 76 dövlət standartı isə ləğv olunub. Bundan başqa, sahibkarların müraciəti əsasında 126 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər