İqtisadiyyat
62
20:05, Bu gün

"Bitcoin" antirekordunu yenilədi

Dünyanın əsas kriptovalyutası olan "Bitcoin" fevralın 24-də enişini davam etdirib və bu, kriptovalyuta sənayesi üçün 2022-ci ilin iyunundan bəri ən kəskin aylıq geriləməyə səbəb olub.

Moderator.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Kriptovalyuta 2.9% ucuzlaşaraq, 62 701 dollara düşüb və Nyu-York vaxtı ilə səhər saat 07 radələrində (Bakı vaxtı ilə saat 16 - red.) 63 150 dollar ətrafında ticarət olunub.

Ümumilikdə fevral ayı ərzində "Bitcoin" 19%-dən çox dəyər itirib ki, bu da 2022-ci ilin iyunundan bəri ən pis aylıq göstəricidir.

Bundan əlavə, kriptovalyuta ardıcıl beşinci ay enişə doğru gedir. Bu, 2018-ci ildən bəri ən uzunmüddətli itkilər seriyası ola bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər