Təminat Fondunun vəsaitindən Naxçıvanda qaytarılmayan büdcə ssudaları üçün istifadə ediləcək
İqtisadiyyat
68
17:10, Bu gün

Təminat Fondunun vəsaitindən Naxçıvanda qaytarılmayan büdcə ssudaları üçün istifadə ediləcək

“Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib.

Moderator.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Dəyişikliyə əsasən, büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə Maliyyə Nazirliyi verilən büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Fondun vəsaitindən istifadə edə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər