Bizi sosial şəbəkələrdən izləyin:
"Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"nda dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı maliyyə naziri Sahil Babayev qərar imzalayıb.
Sənədə əsasən, mühasibat uçotunun aparılması zamanı beynəlxalq standartlara əsaslanan ehtimallara (prinsiplərə), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətlərinə və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına üstünlük veriləcək.
Mühasibat uçotunu tənzimləyən qanunvericilik aktlarında əks olunan tələblərin və ya təşkilatın iş xüsusiyyətinin dəyişdirilməsi ilə əlaqədar, təşkilatın uçot siyasətinin müvafiq müddəalarında da düzəlişlər aparılmalı və istifadəçilərin diqqətinə çatdırılmalıdır.
Maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentlərdən ibarət olacaq:
- Maliyyə vəziyyəti haqqında hesabat
- Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat
- Kapitalda dəyişikliklər haqqında hesabat
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər.