Bizi sosial şəbəkələrdən izləyin:
"Ermənistan hakimiyyətinin Ermənistanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş bir qərardır: qurduqları sistem "bir gecədə çökə bilər".
Moderator.az erməni mediasına istinadla xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bunu "TASS"-a verdiyi müsahibədə bildirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu xatırladıb ki, Rusiya təxminən 20 il ərzində Ermənistan dəmir yollarına 30 milyard rubldan çox investisiya yatırıb. Buna görə də, onun sözlərinə görə, Ermənistan hakimiyyətinin dəmir yolu sektorunda Rusiyanın yerini tutmaq niyyəti "diplomatik baxımdan əsassızdır".
Şoyqu qeyd edib ki, "Cənubi Qafqaz Dəmir Yolları" Ermənistanın ehtiyacları üçün lazım olan bütün yükləri daşıyıb. Şübhə edirəm ki, başqa ölkələrdən hər hansı bir şirkət Rusiyanın Cənubi Qafqaz Dəmir Yollarını əvəz edə bilər".
Rusiya Təhlükəsizlik Şurasının katibi həmçinin Rusiyanın Ermənistan dəmir yolları üçün güzəşt müqaviləsinin şərtlərini məsuliyyətlə yerinə yetirdiyini vurğulayaraq bildirib ki, dəmir yollarının başqa bir ölkəyə verilməsi respublika sisteminin "bir gecədə çökməsinə" səbəb ola bilər.
Şoyqu həmçinin ümid edir ki, İrəvan ölkənin dəmir yolları ilə bağlı qərarları yalnız vətəndaşlarının maraqlarına əsaslanaraq verəcək.
S.Laçın