İqtisadiyyat
616
21:01, Bu gün

"Rusiyanın pulkəsən maşını olsa da, pulun kəsilməsinə icazə də ABŞ-ın əlindədir – bundan nəticə çıxarın...”

“Hazırkı Rusiya lideri Vladimir Putin öncəki prezident Boris Yeltsinlə ABŞ arasında danışıqlar gedəndən sonra hakimiyyətə gətirilib...”
 
“Diqqət edin, SSRİ-ni dağıdıb, Rusiyanı viran qoyan Yelsinə Putin iqtidarı heykəl qoyur...”
 
Siyasi analitik Tahir Cəfərli dünyada baş verən hərbi-siyasi proseslərlə bağlı Moderator.az-a fərqli baxışlarla müşayiət olunan növbəti maraqlı müsahibə verib.
(Əvvəli burada: )
 
-Tahir müəllim, Avropa İttifaqı siyasətçiləri əvvəldən elə düşünürlər ki, Rusiya Ukraynada müharibə etməklə gücdən düşəcək. Buna necə baxırsız?
 
-Elə onların etdikləri səhvlər nəticəsində dünyanın geo-siyasi vəziyyəti dəyişmişdir. Odur ki, ABŞ itirdiyi mövqeləri  bərpa etməyə çalışır. Bununla, belə Rusiyaya qarşı açıq təhdidə keçmir. 2025-ci il avqustun 15-dəki Alyaska görüşünü yadınıza salın. Trampla Putinin görüşünün mahiyyəti haqqında bu günə qədər bir analitik mərkəz baş aça bilmir. Nəyə lazım idi bu görüş?- deyə bilmirlər. Maraqlı bir səhnə idi. İki lider  görüşdülər. Mətbuat konfransı keçirdilər. Amma faktiki olaraq ağla batan bir söz deməyib ayrıldılar...
 
-Nə baş verdi ki?
 
-Bu görüşün mahiyyəti ABŞ-la Rusiya arasında sovet dövründən qalmış Paritet siyasətinin qüvvədə qaldığını  göstərmək idi. Adi sözlə desək, ABŞ və Rusiya prezidentləri bir birinə “səninki səndə- mənimki məndə”-deyib ayrıldılar. Paritet siyasətinin mahiyyəti dünyanın iki güclü qütbə bölünməsi demək idi. Onun ağır nəticələri ilə rastlaşmağa başlayırıq...
 
-Bu günə qədər bəziləri belə düşünürdü ki, Tramp Ukraynada sülhü bərpa edəcək...
 
-İlk baxışda belədir. Ancaq Donald Trampın qəbul etdiyi nyuproteksionizm siyasi xətti buna imkan vermir. ABŞ yaradılan gündən bu günə qədər ancaq müharibə etməklə və yaxud törətməklə varlanan bir dövlətdir və istəməz ki, bu xəttdən geri çəkilsin...
 
-Söhbətimizin birinci hissəsində siz maraqlı bir məsələyə toxundunuz. Dediniz ki, hazırkı Rusiya lideri Vladimir Putin öncəki prezident Boris Yeltsinlə ABŞ arasında danışıqlar gedəndən sonra hakimiyyətə gətirilib. Bu nə dərəcədə həqiqətə uyğundur?
 
-Məgər belə deyil? Diqqət edin, SSRİ-ni dağıdıb, Rusiyanı viran qoyan Yelsinə Putin iqtidarı heykəl qoyur. Halbuki bütün post sovet respublikalarının gözündə o, SSRİ-ni dağıdandır. Bəzi fərdlər isə Putinin SSRİ-ni bərpa edəcəyindən danışır. Əgər belə olsaydı. Putin hakimiyyəti bu heykəlləri sökərək, SSRİ-ni dağıdanları ortaya çıxarıb həbs etməli idi. Rusiya prezidentinin belə fikirləri olsaydı, indi ölkədə olan bütün müəssisələri milliləşdirib, yeni ideologiya əsasında  yeni idarəçilik sistemi yaratmalı idi. SSRİ-nin də məhz dövlət ideologiyası vardı və onun ərazisində yaşayan bütün xalqları vətəndaşlıq  prinsipi əsasında birləşdirirdi. İndi isə belə deyil, Rusiyanın dövlətçilik ideologiyası yoxdur. Ona görə də  rus şovinizmi başını qaldırır...
 
Rusiya Dövlət Duması sədrinin qeyri-ruslara qarşı şovinist çıxışları ondan xəbər verir ki, ölkə dağılmaq ərəfəsindədir. Putinin getməsi ilə bu dövlət də  dağıla bilər. Ancaq tələsməyək, söhbət ondan gedir ki, bunu ABŞ istəməz. Bizə elə gəlir ki, bu, ABŞ-ın geo-siyasi maraqlarında deyil. Çünki Rusiya Federasiyası çöksə, onu  təşkil edən respublikalar, digər muxtar qurumlar ayrılar və gün-gündən güclənən Çinin satellitinə çevrilərlər, üstəlik, postsovet respublikaları da Çindən asılı vəziyyətə düşərlər.İndiki dövrdə Rusiyanın mövcudluğu Çinlə bu respublikalar arasında balansı saxlayır. Əlbəttə ki, ABŞ-ın tam nəzarəti altında...
 
-Bəs Rusiyanın yaratdığı ayrı-ayrı iqtisadi və hərbi birliklər ABŞ-a qarşı qurulan təşkilatlar deyil? Biz  “BRİKS”-i, Şanxay təşkilatını və s. nəzərdə tuturuq...
 
-1998-ci ilə Boris Yelsin Beynəlxalq Valyuta Fondu ilə maraqlı saziş bağlayıb. Bu sazişə görə Rusiya öz pulunu kəsdirmək üçün təbii-sərvətlərindən əldə etdiyi gəlirlərin 60 faizini ora göndərməlidir ki, bu dövlətə rus pulunun dollarla münasibətdə kursunu müəyyən edib pul kəsdirməyə icazə versinlər. Yəni Rusiyanın pulkəsən maşını olsa da, pulun kəsilməsinə icazə də ABŞ-ın əlindədir. Bundan nəticə çıxarın...
 
-Deyirsiz ki,  Alyaska görüşünün mahiyyəti ABŞ-la Rusiya arasında sovet dövründən qalmış Paritet siyasətinin qüvvədə qaldığını  göstərmək idi. Bu yandan da göstərirsiz ki, Yeltsini də, Putini də Amerika hakimiyyətə gətirib. Rusiyanın nə qədər pul kəsməsini BVF, yəni dolayısıyla Ağ Ev müəyyənləşdirir. Belə çıxır ki, Rusiya faktiki olaraq Vaşinqtondan, Nyu-Yorkdan idarə olunur. Elə isə Paritet siyasətini bərpa etməyə nə ehtiyac var?
 
(Davamı var)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər