Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb
İqtisadiyyat
274
15:36, Bu gün

Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
 
Moderator.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
 
Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,1 %-ni təşkil edib.
 
Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.
 
Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib.
 
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.
 
Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.
 
Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər