Bizi sosial şəbəkələrdən izləyin:
Fevralın 17-dən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə vətəndaşları 2 və 5 saylı "ASAN xidmət" mərkəzlərində qəbul edəcək.
Moderator.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb:
"Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edəcək. Əvəzində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binada vətəndaş qəbulu dayandırılacaq.
Paralel olaraq AMB-nin Yevlax şəhəri, Heydər Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 2B ünvanında və Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 32 ünvanında yerləşən ərazi idarələrində vətəndaş qəbulu davam etdiriləcək".